BŞİH: Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir
5.12.2018

“Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir”.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O qeyd edib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir: “Qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb”.

report.az