Ötən il Azərbaycanda 117 min iş yeri açılıb
5.2.2013

“2012-ci ildə Azərbaycanda ümumilikdə 117 min iş yeri açılıb”. Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.



N.Məmmədov bildirib ki, yeni iş yerlərindən 93 mini daimidir. O qeyd edib ki, ölkədə işsizlik isə 5,2% səviyyəsində olub.


Əhalinin gəlirlərinə də toxunan N.Məmmədov 2012-ci ildə vətəndaşların gəlirlərinin 13,8 faiz artdığını söyləyib: “Əhalinin gəlirlərinin artmasını nəzərə alsaq, inflyasiyanın 1 faiz olmasını normal qəbul etmək olar”.


N.Məmmədov orta əmək haqqının 391 manat, orta təqaüdlərin isə 161 manat olduğunu da qeyd edib.

APA