Azərbaycanın «Bank of Baku» ASC müştərilərin arayışsız nağd kredit alması üçün onlayn bələdçi xidmətini istifadəyə verib. Bankdan verilən məlumata görə, «Bank of Baku»nun saytına daxil olub bələdçinin yönləndirici suallarına cavab verən hər bir vətəndaş arayışsız ala biləcəyi nağd kreditin maksimal məbləğini öyrənə bilər.
Onlayn bələdçi xidmətindən «Bank of Baku»nun təkrar və yeni müştəriləri, həmçinin rəsmi iş yeri olmayan şəxslər belə istifadə edə bilər. Bankın təkrar müştəriləri onlayn bələdçidə 6 rəqəmli müştəri kodunu və müvafiq simvolları daxil edir, habelə telefon nömrəsini təsdiq edir. Bundan sonra müştərinin mobil telefonuna ona hansı məbləğdə arayışsız kredit düşdüyü və digər təkliflər barədə SMS daxil olur.
«Bank of Baku»ya ilk dəfə müraciət edən şəxslər isə ilk öncə rəsmi işə malik olub-olmadığına aydınlıq gətirir. Rəsmi iş yeri olanlar müvafiq siyahıdan öz iş yerinin adını və vəzifəsini seçərək ona maksimum nə qədər arayışsız kredit düşdüyünü öyrənir. Beləliklə, həmin məbləğ çərçivəsində arayışsız nağd kredit almaq istəyən şəxslər əlaqə məlumatlarını, əmək stajı və şəxsiyyət vəsiqəsinin sürətini bələdçiyə yükləyərək banka göndərir.
Rəsmi iş yeri olmayan və müxtəlif peşə sahibləri də təqdim olunan siyahıdan öz peşələrini seçməklə müvafiq məbləğ təklifini ala bilər. Onlayn bələdçi xidmətindən təmsil etdiyi peşə anket siyahısında olmayan və hətta təklif edilən heç bir kateqoriyalara uyğun gəlməyən şəxslər belə istifadə edə bilər.
Bütün mərhələlərdə «Bank of Baku»ya göndərilən onlayn müraciətlərə bank əməkdaşları tərəfindən baxılır və müştəri ilə qısa bir müddətdə əlaqə saxlanılır.
«Bank of Baku»nun onlayn bələdçi xidmətindən bu keçid vasitəsilə faydalanmaq mümkündür: http://www.bankofbaku.com/az/araissiz-kreditler/my-loan-amount.html.
«Bank of Baku»nun onlayn bələdçi xidməti ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.