"Kainat gözəli - 2018" müsabiqəsinin qalibi müəyyən oldu
17.12.2018

Filippin nümayəndəsi Katriona Qrey 67-ci "Kainat gözəli" gözəllik müsabiqəsinin qalibi olub.

Bu barədə qərarı "Impact Arena" (Taylandaın paytaxtı Banqkok) sərgi mərkəzində keçirilən gözəllik müsabiqəsinin münsiflər heyəti qəbul edib.

Qalibin tacını 2017-ci ildə ABŞ-da keçirilən "Kainat gözəli" ümsabiqəsinin Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.

Gözəllik müsabiqəsində ikinci yerə Venesuela nümayəndəsi Stefani Qutyerres layiq görülüb.

Qeyd edək ki, "Kainat gözəli" beynəlxalq gözəllik müsabiqəsi 1952-ci ildən keçirilir.

trend.az