Azərbaycanda fəaliyyət göstərən iş adamları Təbrizdə keçiriləcək beynəlxalq konfransa dəvət olunur.
Mayın 4-5-də İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin təşkilatçılığı ilə Təbriz şəhərində «Şərqi Azərbaycan vilayətində investisiya yatırımı imkanları» adlı IV beynəlxalq konfrans keçiriləcək.
Tədbirə Azərbaycanda fəaliyyət göstərən iş adamları da dəvət olunur. Konfransda iştirak etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.
APA