Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda insan kapitalı üzrə forum"da deyib.
Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib:
"Bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yarasılmasını stimullaşdıracaq".
S.Babayev qeyd edib ki, insan kapitalına investisiyalar ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas şərtdir.
trend.az