“Azərbaycanda arxeoloji fondun yaradılması zəruridir. Artıq bununla
bağlı təklif verilib, fondun Əsasnaməsi və digər sənədləri hazırlanıb”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud
Kərimov deyib.
M. Kərimovun sözlərinə görə, arxeoloji fondun yaradılması bütün əlaqədar
qurumlarla razılaşdırılıb: “Azərbaycanda müxtəlif tarixi mərhələlərə
aid həddən artıq qiymətli arxeoloji eksponatlar aşkar olunub. Onların
sistemləşdirilməsi və müvafiq şəraitdə saxlanılması üçün fond mütləq
yaradılmalıdır”.