Azərbaycanda Arxeoloji Fond yaradılacaq
3.11.2011

“Azərbaycanda arxeoloji fondun yaradılması zəruridir. Artıq bununla bağlı təklif verilib, fondun Əsasnaməsi və digər sənədləri hazırlanıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
M. Kərimovun sözlərinə görə, arxeoloji fondun yaradılması bütün əlaqədar qurumlarla razılaşdırılıb: “Azərbaycanda müxtəlif tarixi mərhələlərə aid həddən artıq qiymətli arxeoloji eksponatlar aşkar olunub. Onların sistemləşdirilməsi və müvafiq şəraitdə saxlanılması üçün fond mütləq yaradılmalıdır”.