Tərxun (avropalılar bu bitkini "estraqon" adlandırırlar) qədim vaxtlardan müalicəvi bitki kimi çox geniş istifadə olunurdu.
Qədim vaxtlarda tərxunun köməyi ilə sinqa (vitaminsizlik nəticəsində dişlərin laxlanması və tökülməsi), baş ağrıları, cinsi zəiflik və bir çox digər xəstəlikləri müalicə edirdilər.
Müasir tibbdə də tərxun istifadə olunur, onu dərman preparatların tərkibinə daxil edirlər.
Tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində tərxundan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2 həftə.
Tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir. Tərxundan çox yaxşı enerji içki hazırlamaq olar. Lakin dükanlarda satılan enerji içkilərdən fərqli olaraq bu təbii vasitə sizə yalnız xeyir gətirəcək. Bunun üçün 100 qr tərxun, 2 orta ölçüdə limon, şəkər tozu (zövgünüzə görə) istifadə olunur. Tərxunu xırda doğrayın, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l su əlavə edin. Vam odda qaynayana kimi qızdırın, 1-2 dəqiqə ərzində qaynadın və sonra oddan götürüb termosa tökün də 1-2 saat ərzində dəmləyin. Daha sonra şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için.
Tərxun həmçinin orqanizmə qurdəleyhinə təsir edir. Bu xüsusilə uşaqlara üçün vacibdir. Tərxunu salatlara, qidalara əlavə edin.
Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur.
Tərxun orqanizmə yüngül sidikqovucu təsir edir və həmçinin iltihabəleyhinə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlər tərxunu sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə edir.
Ağız boşluğu iltihabları zamanı tərxunun dəmləməsi çox yaxşı müalicəvi təsir edir. Tərxun dəmləməsi həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını və diş ağrılarını azaldır.
Müxtəlif dermatitlər, ekzema və s. dəri xəstəlikləri zamanı tərxun dəmləməsi ilə islatmalar çox yaxşı kömək edir. Dəmləmədə steril tənzif isladın və dəriyə qoyub 20-30 dəqiqə ərzində saxlayın.
Tərxun damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.
Tərxun antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi cavanlaşdırır və ziyanlı maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir.
Saglamolun.Az