Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmirinə başlanılacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycanda bütün teatr məkanları müasirləşdirilir, dəyişdirilir, yeni avadanlıqla təchiz edilir.
Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən qurumun kollegiya iclasında deyib.
Nazirin sözlərinə görə, bir neçə böyük mədəniyyət müəssisələrinin əsaslı təmir və bərpası üçün layihələr hazırlanıb: “Opera və Balet Teatrının yenidən qurulması və bərpasının layihəsi artıq hazırdır. Eyni zamanda, düşünürük ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb”.
azertag.az