Böyük Britaniyanın “The Economist” nəşri dünyanın ən bahalı şəhərlərinin siyahısını dərc edib.
Builki siyahıya 1992-1998-ci illərdə ilk yeri tutmuş Tokio başçılıq edir.
İkinci yerdə Osaka (Yaponiya), üçüncü yerdə Sidney (Avstraliya) şəhərləri gəlir. İlk onluğu Oslo, Melburn, Sinqapur, Sürix, Paris, Karakas və Cenevrə şəhərləri tamamlayır.
Maraqlıdır ki, siyahıda Asiya ölkələrinin sayı çoxluq təşkil edir – 11. Avropa ölkələrinin sayı isə 8-dir.
Dünyanın ən ucuz şəhərlərinə gəlincə, bunlar Tehran, Ciddə, Panama, Kolombo, Əlcəzair, Katmandu, Nyu Dehli, Mumbai və Kəraçidir.
Qeyd edək ki, reytinq tərtib olunarkən 131 şəhər üzrə məlumatlar nəzərdən keçirilib. Bu zaman yemək, içki, qida, ev əşyaları, şəxsi gigiyena əşyaları, ev və nəqliyyat kirayəsi, kommunal ödənişlər, özəl məktəblərdə təhsil haqqı və istirahət xərcləri nəzərə alınıb.
APA