Toyuq ətini antibiotiklərdən necə təmizləmək olar? Professordan tövsiyə
5.2.2019

Sirr deyil ki, broyler toyuqlarının yetişdirilməsi zamanı antibiotiklərdən istifadə olunur.

Antibiotiklər toyuqların müalicəsində istifadə olunur və həmçinin antibiotiklərin köməyi ilə istehsalçılar toyuqların əzələ toxumasını artırırlar.

Toyuq ətindən insan bədəninə düşdükdə antibiotiklər burada toplanmağa başlayır ki, bu da təbii ki insan sağlamlığı üçün çox ziyanlıdır.

Bəs toyuq ətini antibiotiklərdən neçə təmizləmək olar?

Sizə rusiyalı mütəxəssis tibb elmləri doktoru professor Viktor Zakrevskinin tövsiyələri ilə tanış edirik.

Professorun sözlərinə görə, ət, yumurta, hətta balın istehsalında antibiotiklərdən çox geniş istifadə olunur.

Professor bidirib ki, antibiotikləri toyuq ətindən xaric etmək üçün yeganə üsul toyuğu suda bişirməkdir. Bu halda toyuq ətindən olan antibiotiklərin əsas hissəsi bulyona keçir.

Prosessorun sözlərinə görə, suda bişirilmiş toyuq ətinin tərkibində olan antibiotiklərin miqdarı 10 dəfə azalır. Alınmış bulyonu, təbii ki, istifadə etmək olmaz, onu atmaq lazımdır.

Heç bir digər bişirilmə üsulu toyuq ətini antibiotiklərdən təmizləmir.

saglamolun.az