Hər hansı bir ağrını aradan qaldırmaq üçün həmin dəqiqə dərman atmağa ehtiyac yoxdur.
Hər bir mətbəxdə olan təbbi vasitələrlə də ağrı hissini yox etmək mümkündür.
Onları sizə təqdim edirik:
1. Xroniki ağrıları sarıkök ilə aradan qaldırın.
Sarıkök çox güclü ağrıkəsici effektə malikdir. Bu ədviyyat artrit və fibromialgiyadan (xroniki əzələ ağrıları) əziyyət çəkən xətələrin ağrılarını 50% halda aradan qaldırır.
Bunun üçün 1/4 çay qaşığı sarıkökü xəstənin gündəlik qidasına əlavə etmək lazımdır.
2. Duz dırnağın ətə batması zamanı yaranan ağrıları azaldır.
Duz əlavə olunmuş isti su vannası 4 gün ərzində ağrıları və infeksiyanı aradan qaldırır. Duz mikroblerı məhv edir, şişkinliyi və ağrını azaldır.
1 stəkan suya 1 ç/q duz olmaqla isti vanna hazırlayın. Gün ərzində 2 fədə olmaqla 20 dəqiqə ayağınızı həmin vannada saxlayın. İnfeksiya təmizlənənə qədər tətbiq etməlisiniz.
3. Nanə spazmı aradan qaldırır.
Nanə dəmləməsi baş ağrıları, mədə və bağırsaq spazmları, qadınlarda menstrual ağrılarını aradan qaldırır.
1 x.q. quru nanəni 1 stəkan (200 ml) suda 30 dəqiqə ərzində dəmləyin, süzün, gündə 3 dəfə 1/3 stəkan olmaqla için.
4. Çay baş ağrıları zamanı yardım edir.
Adi çay əla ağrıkəsicidir. Başınız ağrıyanda 1 fincan təzə dəmlənmiş çay için, ağrı azalacaq.
5. Qəhvə miqrenin dərmanıdır.
Miqren zamanı 1 fincan tünd, şəkərsiz qəhvə dərmanın effektivliyini 40%-ə qədər artırır. Onun tərkibində olan kofein maddəsi beyinin damarlarına stimulaşdırıcı təsir edərək ağrıkəsici effekt yaradır.
Saglamolun.Az