16 mindən çox adamı heyvan dişləyib - VİDEO
6.2.2013

Ötən il respublka üzrə 8 nəfər quduzluq xəstəliyindən dünyasını dəyişib. Hadisələrin 7-si bölgələrdə - Cəlilabad, Saatlı, Beyləqan, Abşeron, Qəbələ, Tərtər, Şəmkirdə, biri isə paytaxt Bakıda qeydə alınıb. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, heyvan dişləmələrinin ölümlə nətiçələnməsi vaxtında həkimə müraçiət edilməməsindən qaynaqlanır: “Poliklinikalara müraçiət edilməlidir. Quduzluq əleyhinə peyvənd vurulmalıdır”.

Ötən il respublika ərazisində 16 mindən çox heyvan dişləməsi qeydə alınıb ki, bunun 5252-i paytaxt Bakının payına düşür. Afaq Əliyevanın sözlərinə görə, heyvan dişləmələrinin 4000-ə yaxını itlər tərəfindən edilib. İt dişləməsinin əksəriyyəti əsasən sahibsiz heyvanlar tərəfindən edilib: “Ötən il ərzində 259-u naməlum olmaqla, 706 pişik, 460 siçovul dişləməsi baş verib. Heyvan dişləmələrinin 103-ü digər heyvanlar - at, eşşək, inək tərəfindən edilib”.

Heyvan dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verib. Qeyd edək ki, 2010-cu ildə Bakıda 4501, 2011-ci ildə isə 5752 heyvan dişləməsi qeydə alınıb.

VİDEO

ANS TV