Cem Yılmaz Bakıya gələcək
6.2.2013

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıda konsert proqramı ilə çıxış edəcək. Məlumata görə, Cem Yılmazın Bakıya səfəri bu ilin yay fəslinə qədər planlaşdırılır.

Onun Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etməsi üçün təşkilatçılar Cem Yılmazın menecerləri ilə danışıqlar aparıblar və müsbət nəticə əldə ediblər. Cem Yılmaza ödəniləcək qonorarın məbləği isə nə az, nə çox düz 150 min avrodur.

Qeyd edək ki, Cem Yılmaz komediya ustası olmaqla yanaşı, aktyor, karikaturaçı, rejissor və dublaj səsləndirməsi kimi incəsənətin növləri ilə məşğuldur.

ANS PRESS