Ötən il Azərbaycan Gürcüstandan 197 724 şüşə şərab alıb.
Bu barədə Gürcüstanın Milli Şərab Agentliyi məlumat yayıb.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən şərab idxalının həcmində 40% artım qeydə alınıb.
2018-ci ildə Gürcüstan 53 ölkəyə 86,2 mln. şüşə şərab ixrac edib. Bu da son 30 ilin rekord göstəricisidir. 2017-ci illə müqayisədə isə bu göstərici 13% çoxdur.
Ötən il qonşu ölkənin şərab ixracından əldə etdiyi gəliri illik müqayisədə 20% artaraq 203 mln. dollar təşkil edib.
Gürcü şərabının ən çox ixrac olunduğu ölkələrin ilk beşliyinə Rusiya başçılıq edir. Ötən il bu ölkə Gürcüstandan 53 682 627 şüşə şərab idxal edib. Beşlikdə daha sonra Ukrayna (10 687 835 şüşə), Çin (6 951 019 şüşə), Qazaxıstan (3 599 143 şüşə) və Polşa (3 508 122) yer alıb.
trend.az