2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas təhdidlər
7.1.2019

"Bloomberg" 2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas siyasi təhdidləri açıqlayıb.

Məlumata görə, ən mühüm risk amillərindən birinin ABŞ və Çin arasında ticarət müharibəsi olduğu deyilir.

Qeyd olunur ki, əgər ABŞ lideri Donald Tramp Çin mallarına yeni rüsumlar tətbiq etsə, ÜDM-in artımı yavaşlayacaq. Bu mübahisə isə uzun iqtisadi soyuq müharibənin başlanğıcı ola bilər.

Bundan başqa, İtaliya və Avropa İttifaqı arasında büdcə xərcləri ilə bağlı mübahisə, Böyük Britaniyanın Aİ-dən çıxması, neftin qiymətləri dünya iqtisadiyyatında əsas risklər kimi göstərilir.

trend.az