Keçən ilin noyabr ayından başlayaraq Rusiya paytaxtına yağan qar həyatı iflic edib. Paytaxt bələdiyyəsinin sədr müavini Pyotr Biryukov şəhərə yağan qarın hündürlüyünün 2 metr 16 santimetrə çatdığını söyləyib: “Bu son 100 ilin ən qarlı qışıdır. Mövsüm normasından 1,5 dəfə çox qar yağıb”.
Rusiyanın bir çox şəhərlərində kəskin şaxtalar davam edir. Bəzi bölgələrdə havanın temperaturunun - 50 dərəcəyə çatdığı bildirilir.
Rusiya Səhiyyə Nazirliyindən verilən məlumatda bu qış ərzində Rusiyada 216 nəfər donvurmadan öldüyü bildirilib. 3382 nəfər isə donma təhlükəsi ilə xəstəxanalara yerləşdirilib.
Nazirlikdən ölkə ərazisində kəskin qrip virusunun yayıldığı da bildirilib. Krasnodar, Dağıstan və Volqoqrad qrip virusunun ən çox yayıldığı yerlərdir. Paytaxt Moskvada 1,2 milyon nəfər qripə yoluxub. Bu göstərici keçən illə müqayisədə 13,9 dəfə çoxdur.
APA