Tam qaranlıq otaqda yatmayan insanlarda ürək-damar və onkoloji xəstəliklərin inkişafı riski artır.
Lomonosov adına Moskva Dövlət Universiteti tibbi mərkəzinin rəhbəri həkim-kardioloq Aleksandr Kalinkinin dediyinə görə, işıq yuxu hormonu olan melatoninin əsas tənzimləyicisidir. Tam qaranlıq otaqda yatan insanın orqanizmində melatonin daha aktiv şəkildə istehsal olunur.
Məhz melatonin hormonu bizi ürək-damar və onkoloji xəstəliklərin inkişafından qoruyur.
Ekspert gecə lampaları və s. bu kimi vasitələrdən istifadə etməməyi, tam qaranlıqda yatmağı tövsiyə edir.
Saglamolun.Az