Gələn ay Azərbaycandan Çinə ixrac missiyası təşkil ediləcək
11.1.2019

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) gələn ay Çinin paytaxtı Pekinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.

Missiya fevralın 25-dən martın 1-nə qədər davam edəcək.

Missiyada qida məhsullarının, həmçinin şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan sahibkarlar iştirak edə bilərlər. İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı nazirlik yanında olacaq.

report.az