Azərbaycanın Maldiv adalarındakı qeyri-rezident səfiri Əşrəf Şıxəliyev adıçəkilən ölkənin xarici işlər naziri Abdulla Şahid ilə görüşüb.
Tərəflər iki ölkə arasında mövcud ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Ə.Şıxəliyev həmçinin Azərbaycanın Hindistandakı səfiridir.
report.az