Bakının Nizami rayonunda yaşayış binalarında liftlər pilot layihə çərçivəsində yenilənir.
Bu işlər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nizami rayonunda işlər başa çatdıqdan sonra digər rayonlarda da yaşayış binalarının liftləri yenilənəcək.
Qeyd olunub ki, binaların damındakı su çənlərinin götürülməsi liftlərin yenilənməsi əlaqədardır, həmin ərazi 24 saat içməli su ilə təmin olunur: “Binaların damındakı su çənlərinin əksəriyyəti yararsız vəziyyətdədir. Ona görə də bəzi hallarda su liftlərin şaxtasına axır, bu da liftlərin sıradan çıxmasına gətirib çıxarır”, – məlumatda bildirilib.
report.az