İslandiyada ölkə tarixinin bəlkə də ən böyük ekoloji fəlakəti yaşanır.
Ötən ilin dekabrından bəri İslandiyanın şimalındakı Snæfellsnes fyordundakı Kolgrafafjorourda milyonlarla balıq leşi sahildədir.
Ümumi çəkisi 30 min tondan artıq siyənək balıqlarını nəyin öldürdüyü, onların ölüm səbəbləri bəlli deyil.
Ötən ilin dekabrın ortalarından bəri davam edən ekoloji fəlakətin səbəblərini alimlərlə ekspertlər araşdırmağa çalışırlar.
Milli.Az Morgunbladid-a istinadən bildirir ki, göldəki balıqların ölüm səbəbinin sahildə aparılan inşaat işləri və nəticədə suda oksigen qıtlığının yaranması olduğu güman edilir.
İslandiya Təbiət Nazirliyindən verilən açıqlamaya görə, indiyədək müəmmalı şəkildə leşə çevrilmiş siyənək balıqlarının ümumi dəyəri artıq 38 milyon avronu keçib.
Balıqçılıq İslandiya iqtisadiyyatının ən önəmli sektorlarından biridir. İslandiya ixracının təxminən yarısı balıq və balıq məhsullarının payına düşür.