Göydələnlərin tanınmış fatehi, "hörümçək adam" ləqəbi ilə tanınan Alen Rober daha bir göydələni fəth edib.
Rober ötən gün Kubanın paytaxtı Havananın ən hündür binası - Habana Libre otelinin binasına dırmaşıb.
27 mərtəbəli binanın hündürlüyü 126 metrdir. Otelin damına çıxmaq üçün Rober 28 dəqiqə sərf edib. Dırmanma zamanı o heç bir alpinist vasitələrindən istifadə etməyib. O, əllərinin sürüşməməsi üçün yalnız bir çanta təbaşir tozu götürüb.