Pikassonun məşuqəsinin portreti 44.9 milyon dollara satıldı
6.2.2013

Londonda keçirilən hərracda rəssam Pablo Pikassoya məxsus “Femme Assise Pres d’une Fenetre” sürrealist üslubdakı rəsm əsəri 44.9 milyon dollara satılıb.

1932-ci ilə aid rəsmdə ispan rəssamın məşuqəsi Meri Teres Uolter təsvir edilib.

Pikasso ilk dəfə Meri Tereslə 1927-ci ildə tanış olub. Pikasso tərəfindən çəkilən Meri Teres portretləri son dövrlərdə hərraclarda yüksək qiymətə satılır. Teresin təsvir edildiyi “La Lecture” 2011-ci ildə 25 milyon, “Nature Morte aux Tulipes” isə 2012-ci ilin noyabrında 26.5 milyon funt sterlinqə satılıb.

ANN.Az