Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həftəsonu maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Sənət ocağının səhnəsində yanvarın 25-də “Ələddin” və “Durna balığı” (rus dilində) tamaşaları izləniləcək.
Bundan başqa, yanvarın 26-da “Göyçək Fatma”, “Qoğal” (rus dilində) yanvarın 27-də isə Ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, “Çipollino” (rus dilində) tamaşaları izləniləcək.
azertag.az