Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.
Məlumata görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalar "Bakcell Arena"da təşkil olunacaq. Bu addım atılarkən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
report.az