Cazibədar qadınların 7 sirri..
7.2.2013

1. Saçlar - qadınlar saçlara həmişə fikir verməlidir. Çünki gözəl saçlar kişinin başını ağlından almağa qadirdir. Xüsüsən də buruq saçlar dəlisovluğun əlamətidir.

2. Dəri – dəriyə qulluq hər zaman lazımdır. Dəri nə qədər gözəl və sağlam olarsa, qadın bir o qədər cazibədar görünər.

3. Bədən – qadınlar bədən quruluşuna diqqət etməlidir. Kişilər ilk olaraq qadının bədən quruluşuna fikir verir. Artıq piylərdən xilas olun və selülitlərin yaranmamsına çalışın.

4. Gözlər – qadınlar gözlərinə bəzən çox makiyaj çəkir. Amma bu qətiyyən düz deyil. Gözlər vasitəsilə bir baxışla ürəyinizdəkini ifadə edə bilərsiniz. Ona görə də gözləri çirkin və yaşlı göstərən makiyajdan uzaq olun.

5. Dodaqlar – sadə görünmək üçün dodaqlara bir az parladıcı vurun.

6. Dişlər – qadınların ən güclü silahı, gözlərdən sonra gülüşləridir. Sağlam və bəyaz dişlər sağlam təbəssümün təməlidir.

7. Dırnaqlar – kişilər qadınların əllərinə baxıb onların səliqəsini müəyyən edir. Dırnaqlarınızı boyamasınız belə, qaydasında olmasına diqqət edin. Fırnasız manikürünü və qırmızı dırnaq boyasını kişilər bəyənir.

Publika.Az