Rusiya ulduzları Bakıya yığışacaq
7.2.2013

Fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası nümayiş etdiriləcək.
Dünya opera sənəti xəzinəsinə daxil olan bu əsər musiqi aludəçiləri, opera həvəskarları arasında populyarlıq qazanmış və hər nümayişdə böyük tamaşaçı auditoriyası toplayır.

Opera və Balet Teatrının mətbuat xidmətindən bildiriblər ki, səhnə əsərində oynamaq üçün opera sənətinin məşhur ulduzları dəvət edilib.

Tamaşada Leonoranın partiyasını Belarus Respublikasının Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarus Akademik Milli Böyük Opera və Balet Teatrının, Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina ifa edəcək.

Manrikonun partiyasını Rusiya Federasiyasının Əməkdar Artisti, vokalçıların M.İ.Qlinka adına beynəlxalq müsabiqəsinin laureatı, Mariinski Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Avqust Amonov ifa edəcək.

Səhnə əsərinə dirijorluq üçün Santyaqo (Çili) Opera Teatrının bədii rəhbəri və baş dirijoru, Rusiya Federasiyasının Əməkdar Artisti, “Triumf” mükafatı laureatı Konstantin Çudovski dəvət edilib.
Operada, həmçinin Azərbaycan Xalq Artisti Əvəz Abdullayev (Qraf di Lun), Əməkdar Artist Səbinə Vahabzadə (Azuçena) çıxış

publika.az