Yanvarın 25-27 tarixlərində Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında Azərbaycan üzgüçüsü Maksim Şemberyev iki gümüş medal qazanıb.
Bu barədə Azərbaycan üzgüçülük federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, Maksim Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4.23 nəticə ilə ikinci yeri tutub. Azərbaycan idmançısı 1500 metr məsafədə 15.38 nəticə ilə kürsünün ikinci pilləsində yer alıb.
Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov üzgüçümüzün bu yarışdakı çıxışını qənaətbəxş hesab edir:
“Maksim Şemberyevin qatıldığı 21-ci "Euro Meet" turniri 12- 28 iyul 2019-cu ildə Cənubi Koreyanın Kvandju şəhərində keçiriləcək Su idman növləri üzrə Dünya çempionatına hazırlıq xarakteri daşıyır. Bu il ilk mötəbər yarış olduğundan Maksımin tam gücü ilə çıxış etməməsi normal bir haldır. Maksim onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümüdvaram ki, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.
trend.az