Bakıdan İstanbula yeni aviareys açılır
7.2.2013

Mayın 3-dən etibarən «Türk Hava Yolları» aviaşirkəti İstanbulun Sabiha Gökçen aeroportundan Bakıya uçuşlara başlayacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

«Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşlar hər həftənin III, V, VI və VII günləri saat 07:20-də yerinə yetiriləcək. Mayın 30-dan etibarən isə uçuşlar hər gün həyata keçiriləcək», - deyə hava limanından bildirilib.

Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna həftənin bütün günləri (gündə iki dəfə – saat 07:50-də və 17:50-də) uçuşlar yerinə yetirir.

APA