Azərbaycanın milli musiqiçi ifaçıları Fransada çıxış edəcəklər - FOTO
7.2.2013

Tanınmış tarzən Humay Qədimova və kamança ifaçısı Sevinc Qədimova Fransada çıxış edəcəklər.

H.Qədimovanın verdiyi məlumata görə, onlar milli mətbəximizdən bəhs edən kitabın təqdimat mərasiminə qatılacaq, rəsmi hissə başa çatandan sonra bədii hissədə instrumental musiqilərini təqdim edəcəklər. Tədbirdə ziyalı və ictimai xadimlərin, səfirlik nümayəndələrinin və KİV-in iştirakı nəzərdə tutulub.

Tarzən bildirib ki, dövlət səviyyəli tədbir üçün ayrıca proqram hazırlayıblar.

APA