Azərbaycanın ilk peykinin orbitə çıxarılacağı dəqiq saat bəlli oldu
7.2.2013

Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” bu gecə Bakı vaxtı ilə saat 1:36-2:20-da orbitə buraxılacaq.

Bu barədə peyki orbitə çıxaracaq “Arianspace” məlumat yayıb.

Qeyd edək ki, “Azərspace-1” Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq.

Şərq istiqamətində 46-cı dərəcədə yerləşəcək peyk Azərbaycan, Mərkəzi Asiya,Avropa və Afrika üçün kommunikasiya xidmətlərini təmin edəcək.

Peyk resurslarının 20 faizi Azərbaycanın yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq.

Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunub.

Peykin resurslarının təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb.

Gün.Az