Aİ Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılmasını dəstəkləyəcək
11.2.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Avropa İttifaqı (Aİ) ilə birgə subsidiyaların verilməsi üzrə layihə reallaşdırmağı planlaşdırır.

Bunu Agentliyin rəhbəri Mirzə Əliyev deyib.

O bildirib ki, layihənin aprelin 15-də işə salınması nəzərdə tutulur.

M.Əliyev bildirib ki, bu cür layihələr və planlar çoxdur: "Bu layihələr arasında Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), FAO ilə birgə məlumat və məşvərət xidmətlərinin təşkili layihəsini göstərmək olar".

Agentlik rəhbəri qeyd edib ki, bu il 10 milyon manat həcmində kredit veriləcək.

Ötən il də eyni məbləğdə vəsait ayrıldığını vurğulayan M.Əliyev əlavə edib ki, aktiv portfel 95 milyon manat təşkil edir.

Qurum rəsmisi ümid etdiyini bildirib ki, kənd təsərrüfatı texnikası və avadanlıqlarının satın alınması üçün 50-60 milyon manat əlavə vəsait ayrılacaq.

trend.az