“BlackBerry 10″ smartfonlarının satışı rekord qırır
7.2.2013

“BlackBerry” yeni smartfonlarının ilkin satışının gözləniləndən çox yaxşı olduğunu bildirib.

“BlackBerry 10″ smartfonlarının satışı firmanın əvvəlki smartfonlarının ilkin satış rekordlarını qırıb.

Kanada şirkəti nə qədər yeni cihaz satdığı barədə dəqiq məlumat verməsə də, indiyə kimi Kanadada ən yaxşı açılış günü yaşadığını bildirib. Şirkətin rəsmilərinin sözlərinə görə, Britaniyada da “BlackBerry 10″ smartfonlarının satışı yaxşı gedir.

Qeyd edək ki, “BlackBerry”-nin yeni smartfonları ABŞ-da hələ satışa buraxılmayıb.

ANN.Az