“Sumqayıt Kimya Sənaye Parkı” auditor seçir
19.2.2019

İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2018-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Sumqayıt Kimya Sənaye Parkı”na istinadən xəbər verilir ki, kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi və digər sənədlər 26 fevral saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı”nın Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə təqdim edilməlidir.

Zərflər 27 fevral saat 12:00-da həmin ünvanda açılacaq.

report.az