Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair konfransı başlayıb
20.2.2019

Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair 2019-cu il sərgi-konfransı keçirilir.

Sərgi-konfrans iki gün davam edəcək.

Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov şirkətin qazma işləri sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, 2000-ci ildən bəri SOCAR 2,6 mln. metr qazma işləri həyata keçirib.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan,Türkiyə və Gürcüstan regionunda Quyular üzrə vitse-prezidenti Mayk Zanqi isə Xəzər dənizində həyata keçirilən layihələrdən danışaraq bildirib ki,1995-ci ildən layihələrə 72 mlrd. dollar kapital xərci çəkilib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 3,5 mlrd.barel neft, "Şahdəniz" qaz-kondensat yatağından 100 mlrd.kubmetr qaz hasil edilib", - o deyib.

report.az