Azərbaycanda ən geniş yayılmış kredit kartı olan «Bolkart»la artıq dünyada tanınmış «Mango», «Next» və «Celio» brend mallarını almaq mümkündür. Kartların emitenti olan «Bank of Baku»dan verilən məlumata görə, hər bir «Bolkart» sahibi «Mango», «Next» və «Celio» mallarını alıb, haqqını 3-6 ay ərzində ödəyə bilər.
«Avropanın aparıcı geyim brendləri olan «Mango» (İspaniya) qadın geyimləri, «Next» (Britaniya) qadın, kişi və uşaq geyimləri və «Celio» (Fransa) kişi geyimləri bütün dünyada şöhrət qazanıblar və istehlakçıların böyük tələbatına malikdirlər. Beləliklə, bundan belə hər «Bolkart» sahibi bu brendlərdən geyim, aksesuar alıb, dəyərini növbəti aylar ərzində hissə-hissə ödəyə bilər», - deyə Bankın məlumatında bildirilir.
Xatırladaq ki, yerli və xarici brendlərin geniş təmsil olunduğu «Bolkart»ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı bu günlərdə artıq 500-ü, «Bolkart»a malik şəxslərin sayı isə artıq 55 mini aşıb. «Bolkart»ın maksimal balansı 3 min manatdan 5 min manata qədər artırılıb. Artıq arayışsız «Bolkart»ı bankın bütün filiallarından əldə etmək mümkündür.
«Bolkart»ı həm onlayn rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun hər hansı filialında sifariş etmək olar. «Bolkart» tamamilə pulsuz, bərpa olunan limitli bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.