Qoç - artıq səviyyəli emosionallıq problemlərin həlli və istəklərin yerinə yetirilməsini tələb edir. Sadəcə, sədd və ya maneə ilə qarşılaşanda narazılığı yeni problemlər yarada biləcək qərarlar, yaxud da hərəkətlər vasitəsilə aradan qaldırmağa çalışmayın.
Tefeya və Oberonun münasibətləri mühüm qərarların qəbulunu təxirə salmağı tələb edir. İşdə həmkarlarınız və ya şərikinizlə müzakirə olmadan addım atmayın.
Təşəxxüs və eqoizm nəticəsində ətrafınızdakı insanların etibarını itirə bilərsiniz.
Axşam saatlarında dostlarla görüşün.
Buğa - özünüzü yormayın, əlavə işlərlə məşğul olmayın. Orqanizmin bir qədər istirahətə ehtiyacı var. Günəş və Tritonun münasibətləri infeksiya, zədə riskini artırır.
Maraqlı ideyalar, gələcək perspektivlərlə bağlı fikirlər ola bilər. Hələlik hər şey natamam, yarımçıqdır. Lakin bu ideyaların düşünülməyə, işdə marağı olan insanlarla müzakirəyə ehtiyacı var.
Günün ikinci yarısında cazibədar təklif istisna deyil. Tələsik qərar verməyin, amma çox da gec qalmayın.
Əkizlər - səhər saatlarında bir sıra maneələr və sədlərlə qarşılaşacaqsınız. Himaliya ilə Titan həll olunmamış problemi yenidən gündəmə gətirəcəklər. Tələsik davranmamağa çalışın. Ünsiyyətlə qarşı tərəfə təzyiq göstərməyin.
Mübahisəli məsələlərin həlli bir qədər təxirə salınarsa, pis olmaz.
Günün iknci yarısında borcu qaytarın, krediti ödəyin, vədlərə əməl edin.
Şəxsi maraqlar, görüş və istirahətə vaxt ayırın.
Qüvvə toplayın, səhhətiniz üçün profilaktiki tədbirlərlə məşğul olun.
Ailədə planların qəflətən dəyişməsi istisna deyil.
Xərçəng - sakitləşməyin, özünüzdən razı qalmayın. Mimas və Elaranın münasibətləri sizdən cari işlərin həllində maksimum zəhmətkeş olmağı tələb edir.
Mövqeyiniz açıqlıq, himayədarlıq, şəfqət olsun. Sizinlə birlikdə çalışan insanların müqaviməti ilə qarşılaşsanız, sinirlənməyin, radikal açıqlamalar verməyin.
Yenilik və dəyişiklik istəyirsinizsə, təşəbbüskar olun. Rüşvət verməyin, kimsənin qarşısından çəkilməyin. Qanunun hamı üçün olduğunu sizin hüquqlarınızı pozan insana başa salın. Başa düşmək istəməzsə, qanunun gücündən yararlanmağa çalışın.
Ev işlərində ən mürəkkəb məsələnin həllinə başlaya bilərsiniz.
Ailə üzvlərini də işə cəlb edin.
Şəxsi münasibətlərdə eksperimentlər aparmayın, adi davranış məcrasından kənara çıxmayın.
Şir - Amalteya və Titaniyanın münasibətləri sizdən bu gün ailə, ev işləri və qayğılarının prioritet sayılmasını tələb edir. Yaşayış şəraiti, durumun yaxşılaşdırılması ilə bağlı məqamlar sizi narahat edəcək.
Yaxın insanlarla münasibətlərdə səmimi olun. İşdə həmkarlarınız, evdə isə ailə üzvlərinizlə kiçik, xırda məsələlərə görə münaqişə yaratmayın.
Alış-veriş üçün uğurlu gün deyil.
İşdə fəliyyətinizin hansısa sahəsində intizam və qayda yarada biləcək məşğuliyyəti seçin.
Axşam saatlarında bütün diqqət şəxsi münasibətlərə yönələcək. Sevdiyiniz, özünüzə çox yaxın bildiyiniz insanla birlikdə olun.
Qız - aldığınız xəbərlər şəəraitə uyğun olandan artıq emosional əks-sədaya səbəb olacaq, sizi həyəcanlandıracaq. Şəxsi münasibətlərdə nisgil və ya təlaş dalğası yarana bilər. Bu isə situasiyanın adekvat dəyərləndirilməsinə mane olacaq.
Ay və Merkurinin münasibətləri sizdən fəaliyyəti düzgün təşkil etməyi, mühüm qərar və yerdəyişmələrlə bağlı tələskənliyə yol verməməyi tələb edir. Münasibətlərdə "ənənə"lərə riayət edin. Tərəfdaş və ya iş yoldaşının gözləntilərini pozmayın. Ümumi maraqları arayın, sizi narahat edən məsələni müzakirə edin.
Yazışma və alış-veriş üçün yaxşı gündür.
Tərəzi - həddən artıq iş görməyə, eyni vaxtda bir neçə problemi həll etməyə çalışmayın. Avropa və Tefeyanın münasibətləri sizdən diqqətli, sayıq davranmağı tələb edir.
Aktivliyiniz bu gün maneələr, tıxac, rüşvət tələbi, işlədiyiniz adamların diqqətsizlik və intizamsızlığı ilə üzləşə bilər.
Onlar dediklərinizi anlamadığından münaqişə riski var. Bu adamlara gerçəyi mümkün qədər sakit, səbrlə, inandırıcı şəkildə başa salın.
Sakit və tələsmədən çalışmaq başladığınız işin uğurla başa çatmasının rəhnidir. Çoxsaylı işlərə diqqət ayırmayın - günün prioriteti başqadır. Təfərrüatlar, yarımtonlar, ətrafdakı insanları dinləmək bacarığı ön plana çıxacaq.
Əqrəb - emosional gündür. Titan və İonun münasibətləri sizə planlarınızı yerinə yetirmək üçün fikrinizi cəmləməyə imkan verməyəcək. Halbuki yaxınlarınız sizdən diqqət və qayğı tələb edirlər.
Öhdəliklər və ya vədin yerinə yetirilməsindən imtina münaqişə, anlaşılmazlıq yarada bilər.
Hadisəni, baş verənləri başqasının gözləri ilə görməyə çalışın.
Hansısa məsələ barədə razılıq əldə etmək istəyirsinizsə, unutmayın ki, ümid uğurun yarısıdır.
Maddi və maliyyə məsələləri ilə məşğul olun, fiziki iş görün, kəskin ehtiyac yoxdursa, əlavə əlaqələrə can atmayın.
Emosional stabilliyə nail olmağa çalışın, qüvvənizin bərpası üçün şərait yaradın.
Oxatan - Əqrəb, Demos və Hiperionun münasibətləri sizim ən xırda işlərə görə nigaranlıqla narahatlıq hissləri keçirməyə vadar edəcək. Nikbinlik azalacaq, yaxın ətrafda əks cins mənsubu ilə münasibətlər pisləşəcək.
Günün ikinci yarısında bir qədər tək qalın, hətta gəzintiyə də çıxa bilərsiniz.
Ofisdən çıxın, fikriniz dağılsın.
Təhsil və işdə yaranmış problemlərin şüurunuzu tam zəbt etməsinə imkan verməyin.
Gün faydalı və maraqlı xəbərlər vəd edir. Aradağınızı məlumatın axtarışları ilə məşğul olun, yazışma aparın.
Alış-veriş üçün əlverişli gün deyil. Alınan əşya sevinc hissi yaratmayacaq, tezliklə nöqsan aşkar olacaq.
Oğlaq - təzyiq və kəmhövsələlik etmədən çalışın. Qərarları müstəqil qəbul edin. Bəzi qərarların razılaşdırılmağa ehtiyacı olarsa, emosional amili nəzər alın.
İzafi hisslər bu gün istənilən işi poza bilər. Ay və Saturnun münasibətləri sizdə fiziki işdən razılıq hissi yaradacaq. Ünsiyyət problemlər yaradacaq, müzakirələrlə mübahisələrdən qaçmaq mümkün olmayacaq.
Şəxsi münasibətərdə aktiv maraq ola bilsə də, əvvəlcədən seçilmiş davranış modelinə riayət edin. Sevdiyiniz adama daha çox diqqət və vaxt ayırın.
Axşam saatlarını istirahətə həsr edin. Baxmağa maraqlı film seçin, fikirlərdən qurtulun.
Ünsiyyəti məhdudlaşdırın.
Dolça - başınıza gələnləri, qarşılaşdığınız hadisələri soyuqqanlı şəkildə, təmkinlə təhlil edin. Fobos və Haronun münasibətləri pərişanlıq yarada bilər, amma yanlış qərarlar verməyin.
Günün aktivliyi və gərginliyi artacaq. Bütün tələblər, istəklər və xahişləri yerinə yetirmək üçün kəskin vaxt azlığı ilə üzləşə bilərsiniz. Öz işlərinizi unutmayın.
Uğurlu və o qədər də sərfəli olmayan təkliflər ala bilərsiniz. Rüşvət təklifinə aldanmayın, çünki sizi tələyə salmaq istəyirlər. Münasibətlərin pozulmaması üçün cavab variantının aqressiv olmamasına çalışın. Gözləntinin yaratdığı emosional ağırlığa əsir olmayın.
Cavabı və ya əməli konkret müəyyənləşdirməyibsinizsə, söhbəti başqa məcraya yönəldin.
Balıqlar - Lisiteya və Umbrielin münasibətləri bu gün sizdən hadisələri tələsdirməməyi tələb edir. Yaşananlara spontan şəkildə inkişaf etməyə imkan verin, amma cavab tədbirlərini gecikdirməyin.
Ayın gərgin aspektləri sizdən enerjili danışaraq hərəkət etməyi, astagəl olmamağı, maraqlarınızı hər şeydən üstün tutmağı və ehtiyac yarandığı təqdirdə ətrafdakı insanların mənafelərini də qulaqardına vurmağı tələb edir.
Kollektiv işdə payınız əhəmiyyətli ola bilər. Amma rolunuzdan kənara çıxmayın, məqsədi unutmayın.
Bundan sonrakı fəaliyyətiniz indi korrektə olunur. Yeni informasiya, suallara cavab peyda ola bilər.
Axşam saatlarında sakit şəraitdə dincəlin. Daha çox səhhətiniz barədə düşünün.
Milli.Az