İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək
22.2.2019

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək.

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov ötən il 2 tam müasir qatar tərkibinin alınaraq istifadəyə verildiyini xatırladıb: "Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur".

O qeyd edib ki, yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq:

"İyun ayından başlayaraq Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək".

trend.az