Azərbaycan MDB-yə üzv olan ölkələr arasında səyahət etmək üçün 3-cü ən yaxşı ölkədir.
Bu, “TurStat" analitik agentliyinin apardığı araşdırma nəticəsində məlum olub.
Azərbaycana səfər edənlər daha çox ölkənin fərqli və gözəl təbiətini bəyənirlər.
Reytinq cədvədlində 1-ci yeri Belarus, 2-ci yeri isə Qazaxıstan tutub, 4-cü yerdə Özbəkistan, 5-ci yerdə isə Ermənistan qərarlaşıb.
Agentlik həmçinin bəyan edib ki, MDB ölkələrində bir həftəlik ekskursiya üçün adambaşına orta hesabla 800 ABŞ dolları xərcləmək lazımdır.
report.az