Bu ilin aprelin 12-də “Kapital Bank” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Xəbər verilir ki, ümumi yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M.Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) baş tutacaq.
Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər müzakirə ediləcək.
report.az