Cəfər Cabbarlının həyatından bəhs edən “Zülmətdən doğan işıq” filminin təqdimatı olub
22.2.2019

Xızı rayon Heydər Əliyev Mərkəzində “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin ilk təqdimatı keçirilib.

Film “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə ekranlaşdırılıb.

Ekran əsəri Cəfər Cabbarlının Rusiyası imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Çəkilişləri Xızı rayonunda və Bakı şəhərində həyata keçirilən filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, elmi məsləhətçisi Asif Rüstəmli, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

Filmin yaxın vaxtlarda Bakı şəhərində də nümayişi nəzərdə tutulur.

azertag.az