Bakı bulvarında daha bir yeniliyin tətbiqinə başlanılıb. Bulvarın yeni istifadəyə verilmiş (Əl oyunları sarayından Dövlət Bayrağı Meydanınadək) hissəsində motosikletlərin hərəkətinə icazə veriləcək.
Məlumata görə, yeni salınmış park zolağında velosipetlərin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi yollar salınıb. Artıq bu yollarda yüngül motosikletlərin də hərəkətinə icazə veriləcək. Parkda ancaq xüsusi dayanacaqdan kirayələnən motosikletlərin hərəkətinə icazə veriləcək. Yəni şəhər sakinlərinin özləri ilə hər hansı nəqliyyat vasitəsi gətirməsinə, parka buraxılmasına icazə veriləməyəcək.
Qeyd edək ki, Bakı bulvarında velosipeddən yarım saatlıq istifadə 2, 1 saatlıq istifadə isə 3 manatadır. Artıq parkın dayanacağında yüzdən çox velosipet, motorlu velosipet və motosiklet var.
Publika.Az