Türkiyədə onu səbrsizliklə gözləyirlər
8.2.2013

“Qalatasaray"lıların səbirsizliklə gözlədiyi gün gəlib, çatdı. Türkiyədə əsrin transferi sayilan Didie Droqba bu gün İstanbula gəlir.

Onun gəlişi üçün bütün hazırlıqlar görülüb. “Sarı-qırmızılılar” ulduz futbolçunun gəlişini böyük həyəcanla gözləyirlər.

Ulduz futbolçunun axşam saatlarında klubun prezidenti Ünal Aysalın xüsusi təyyarəsi ilə Atatürk Hava Lımanına enəcəyi bildirilir.

Burada "sarı-qırmızılı" azarkeşlər tərəfindən qarşılanacaq olan Fildişi Sahilindən olan futbolçu, daha sonra klub rəsmiləri tərəfindən Florya Metin Oktay Bazasına aparılacaq.

D.Droqba orada baş məşqçi Fateh Terimlə, klubun idarə heyətinin üzvləriylə və yeni komanda yoldaşlarıyla tanış olacaq.

Daha sonra Boğazda klubun prezidenti Ünal Aysalın da iştirak edəcəyi tədbirdə Türkiyədə əsrin transferi sayılan D.Droqbaya İstanbul və yeni komandası haqqında ümumi məlumat veriləcək.

Publika.az