Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.
Yarmarkaya gələn vətəndaşlara respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcək.
Yarmarka martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün şəhərimizin sakinlərinə xidmət göstərəcək.
Yarmarka Nərimanov rayonu, “Gənclik” metro stansiyasının çıxışında yerləşir.
trend.az