Sürətlə axıb gedən zaman bədənimiz kimi, ruhumuzada mənfi təsirlər göstərir. Buna səbəb isə gündəlik gərgin iş, stres və sairədir. Sağlam psixologiyaya sahib olmaq üçün isə ilk növbədə iş və özəl həyat balanslaşdırılmalıdır.
Bunun üçün isə ANS PRESS oxucularına türk mütəxəssislərin bir neçə məsləhətini çatdırır.
1.Həyat şərtlərinizi danışmağı, yeməyi, çay-qəhvəni aramla için. Çalışın anın dadını çıxarasınız.
2.Yeniliklərə açıq olun. Unutmayın ki, hər bir yeniliyin çətinlikləri ola bilər.
3.Ümidinizi əsla itirməyin. Xəyal qurmağa və arzulamağa davam edin. Amma bunun sonunda xəyal qırıqlıqları yaşaya biləcəyinizidə unutmayın.
4.Mükəmməl olmaqdan daha çox, yaxşı olmağa çalışın. Sadəcə yaxşı olmaqla özünüzə xəta etmək haqqı da vermiş olarsınız.
5.Hər şeydən öncə özünüzə zaman ayırın. Bol-bol gülün. Ürəkdən gülmək, ətrafınızdakılara daha çox vaxt ayırmaq sizin daha çox sevilməyinizə yol açacaq.
6.Özünüzlə təmas qurun. Nə istədiyinizi. necə hiss etdiyinizi düşünün. özününzün nə istədiyini bilməsəniz, başqaları ilə ünsiyyət qurmaqda çətin olacaq.
7.Balanslaşdırılmış bir həyat sizin həyatınızı yüngülləşdirəcək. Xüsusilə yuxu, yemək, iş arasında. Hər şeyin azı və ifratı arasında seçim etməyə çalışın.
8.Gözləntilərinizə nəzər salın, mümkündürsə bir az azaldın.
9. Kiçik və ya böyük uğurunuzdan asılı olmayaraq özünüzü mükafatlandırın.
10. Həyat sizə verilən bir haqqdır. Bunun üçün də olmaq istədiyiniz insan olun.
11.Sevməyin verdiyi xoşbəxtliyi hiss edin.