İfa etdiyi “Gangnam Style” mahnısıyla musiqi dünyasnın fenomeni olan və klipi “You-Tube” portalında tamaşaçı rekordu qıran PSY (Park Jae-sang) Türkiyəyə gələcək.
“Hürriyet.com” saytının məlumatına görə, koreyalı rep ifaçısı İstanbul şəhərində keçiriləcək “İstanbul Blue Night” festivalında iştirak edəcək.
Festival təşkilatçılarının verdiyi məlumata görə PSY fevralın 22-də yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) Təpəbaşında açıq havada keçiriləcək tədbirdə “Gangnam Style” mahnısını ifa edəcək və festival iştirakçılarının da bu mahnının müşayiəti ilə rəqs etdirəcək.
ANS PRESS