Gürcüstan ikili vətəndaşlığın verilməsi prosedurunu sadələşdirə bilər
6.3.2019

 “Gürcüstandan olan mühacirlərin ölkə ilə əlaqələrinin saxlanılması üçün ikili vətəndaşlığın verilməsi prosedurunun sadələşdirilməsi çox vacibdir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfərləri zamanı xaricdə olan gürcü tələbələr və emiqrantlarla görüşüb: “Emiqrantlar, xüsusilə də xaricdə anadan olanlar üçün Gürcüstan vətəndaşı statusu çox əhəmiyyətlidir. Bu, onlara vətənləri ilə əlaqələrini qoruyub saxlamağa kömək edə bilər”.

S.Zurabişvili ikili vətəndaşlığın verilməsi və saxlanılması qaydalarının sadələşdirilməsi məsələsi ilə bağlı ölkənin Ədliyyə Nazirliyi ilə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

report.az