Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən ilk dəfə olaraq öz müştərisinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun kredit vəsaiti ayrılıb. Fondun şərtlərinə əsasən, qeyd edilmiş kredit üzrə faizlərin müəyyən hissəsi Fond tərəfindən ayrılan subsidiya hesabına ödəniləcək.
PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanovun qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının əsas sektorlarında həyata keçirilən islahatlar nəticəsində ölkədə biznes mühiti ilbəil yaxşılaşdırılır və biznesin inkişafı üçün şərtlər asanlaşdırılır:
“İpoteka və Kredit Zəmanət fondunun müvəkkil bankı olaraq, PAŞA Bank sahibkarlara manatla ayrılan kreditlər üzrə hesablanmış faiz dərəcəsinin müəyyən hissəsi həcmində subsidiyadan yararlanmaq fürsəti yaradır. Beləliklə, ilk dəfə olaraq ticarət və xidmət sektorunda fəaliyyət göstərən PAŞA Bank müştərisi Fondun əlverişli şərtləri ilə ayrılmış vəsait hesabına biznesini daha da genişləndirmək imkanına malik olacaq”.
trend.az